Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “MARSEY”də musiqi və idman bir arada
27.03.13 17:02

Vətən hər birimiz üçün ana qucağıdır. Uşaq olarkən anamızın dizinin qırağından ayrılmaq istəməzdik.  Bir neçə saat ayrı qalsaydıq ağlayıb anamızı tələb edərdik. Uşaqlıq illərimizə heç nə çatmaz. İlləri illərə calasan da o günlərin bir saatını geri gətirə bilməzsən. Amma insan heç vaxt uşaq qalmır. Bir də baxır ki, hər şey arxada qaldı. Bir anlıq dönüb geriyə baxmaq, o illərə qayıtmaq istəsə də artıq o illəri geri qaytarmaq mümkün olmur. Keçmişi ilə bu gününü müqayisə etmək istəyir. 
Birini yadına salanda o birini unudur. Sanki quş qanadında bir anın içərisində gəlib bu zirvəyə çatıb. Uşaqlığı, məktəb illəri, gəncliyi artıq keçib gedib. Hətta yaşadığı ev də ondan uzaqda qalıb. Uzaq demişkən qürbətdə yaşayanlardan söz salmaq istəyirəm. Moskva vilayətinin Dmitrov rayonunda fəaliyyət göstərən “MARSEY” firmasından söz açmaq istəyirəm. 
Qürbətdə yaşayanların çoxu adət-ənənəni qoruyub saxlamağı bacarırlar. Onlar harada olursa olsun Vətən sevgisi onları bir an da olsun tərk etmir. Birlik yaradıb, əlaqələrini genişləndirirlər. Süfrələrindən mili yeməkləri, ekranlarından mili musiqiləri əskik olmur. Azərbaycan adlı məmləkəti göz bəbəyi kimi qoruyub saxlayırlar. “MARSEY” firmasında olduğu kimi. Bir ailədir, bu firmada çalışanlar. “MARSEY” ansamblı, “Marsey” İdman Klubu...   
“MARSEY” ansamblı 2012-ci ilin əvvəlindən fəaliyyət göstərir. Bu işdə firmanın rəhbəri Hacı Seyran Hüseynovun böyük rolu olub. Belə ki, o qürbət eldə yaşamasına baxmayaraq Azərbaycanın musiqi   mədəniyyətini qoruyub saxlamağı da özünə vətən borcu sayır. Ansambl artıq bir neçə tədbirlərdə diplomlar alıb. Ötən ilin yayında Moskva şəhərinin Mıtışi rayonunda keçirilən musiqi festivalında  ansambl qeyri- millətləri heyran etmişdir. Festivalda dayanmaq bilməyən alqışlar ansamblı yenidən meydana qayıtmağa məcbur etmişdi. Hər kəs üçün maraqlı olan “Naz eləmə” rəqsi tamaşaçılar tərəfindən mobil telefonlarına çəkilmişdir. 
Fevralın 2-də “MARSEY” ansamblı Dmitrov vilayətində Azərbaycan  Gənclər Günü münasibəti ilə keçirilən festivalda da uğur qazandı.
Qürbət eldə eşidilən milli musiqimiz həmyerlilərimizin qəlbində ana yurdun isti hərarətini hiss etdirmişdirsə, yerli camaatı da yerində oynatmışdır. Əlbəttə, bu Azərbaycan mədəniyyəti və musiqi tarixidirsə, qürbətdə olanların isə mədəniyyətimizə verdiyi qiymətdir. Hər bir azərbaycanlının müqəddəs borcudur, harada yaşamalarından asılı olmayaraq musiqi mədəniyyətimizi, dilimizi, dinimizi yaşatsın. Azərbaycan adını uca tutsun, odlar yurdu Azərbaycanı zirvələrə qaldırsın.    
Eləcə də “MARSEY” İdman Klubu artıq çempionatlarda özünü doğrultmuşdu. Elə buna görə də “MARSEY” klubunun “BUDO” döyüş növləri komandasının məşqçisi beynəlxalq idman ustası 5-dan qara kəmər ustası Əhməd Rüstəmovdan dediklərini qələmə almaq istədim. 
Komanda Moskva, Rusiya, Avropa və döyüş növlərinin olimpiadası üzrə bürünc, gümüş, qızıl medalların sahibidir. Komanda artıq iki ildir fəaliyyət göstərir. Bu iki il ərzində yeddi Rusiya çempionu, üç Avropa çempionu, iki Olimpiya çempionu adına layiq görülmüşdür.
Ümumiyyətlə komandada gümüş və bürünc medal alanların sayı daha çoxdur. İdmançılar arasında komanda millətlərarası heç bir fərq qoymur. Millətindən, dinindən asılı olmayaraq hər bir kəs gəlib idmanla məşğul ola bilər. Məşqlərdə 6 yaşından yuxarı uşaqlar, yeni-yetmələr və böyüklər iştirak edə bilərlər. 
Tez bir zamanda “MARSEY” İdman Klubu İtaliyadan Avropa çempionatından dörd qızıl medalla qayıtdı. İdmançılarımız aprel ayında Samfedro şəhərində döyüş növü olimpiadasında iştirak edəcəklər.  Qarşıda komandanı bir çox yarışlar gözləyir. Onların hər yarışdan qızıl medal və kəmərlə qayıtması hər birimizi sevidirir.

Gülsüm  Adilqızı
“Vətən çağırır” qəzetinin Baş redaktoru
Moskva 
URL / WWW
http://kelam.az/article/a-7873.html