Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
26.03.13 20:54

ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart -  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.
Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.
 
Qeyd edək ki, bundan əvvəl, 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.

URL / WWW
http://kelam.az/article/a-7872.html