Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » XİN sözçüsü: “Xocalı soyqırımının ildönümü ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək”
16.02.10 22:07

Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər həyata keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib. “Bu iş artıq neçə illərdir həyata keçirilir. İlbəil bu kimi tədbirlərin effekti artır, çünki ildən-ilə faciə ilə bağlı materiallar artır və təkmilləşir”,-deyən XİN sözçüsü qeyd edib ki, bu həftənin sonundan başlayaraq Xocalı soyqırımı ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək. Onun sözlərinə görə, həmin tədbirlərə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin təmsilçiləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qatılacaqlar. Xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı hiss olunan məlumat azlığını aradan qaldırmaq üçün XİN tərəfindən materialların hazırlandığını vurğulayan E.Poluxov əlavə edib ki, Azərbaycanın xaricdəki səfirlikləri də müxtəlif xarici mərkəzlərdə bununla bağlı məsələ qaldırırlar. O, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanınması ilə bağlı hansı işlərin görüldüyü məsələsinə də münasibət bildirib. “Bu məsələlər dövlət rəsmiləri, parlament, ölkə rəhbərliyi tərəfindən verilən tapşırıqlar əsasında həyata keçirilir. Bu faciə Azərbaycanda soyqırımı kimi qiymətləndirilsə və ona hüquqi qiymət verilsə, Xarici İşlər Nazirliyi tərəfindən də bu çərçivədə işlər həyata keçiriləcək”,-deyə E.Poluxov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-787.html