Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Deməki bunu bilmirsən
19.03.13 01:34

Ey gözü gözümdən uzaq,
Məhəbbətdən düşən qaçaq.
Çarəsizdir vurduğun dağ,
Deməki bunu bilmirsən.


Necə dözək kəşməkəşə,
Həsrəti etmişik peşə.
Yuxumuz şəkilib ərşə,
Deməki bunu bilmirsən.

Qüssəyə uduzanda tək,
Yar yar ilə olsun gərək.
Məğlub olub susar ürək,
Deməki bunu bilmirsən.

Ayrılığı sanma asan,
Səni mənə yazıb yazan.
Sən mənimçün yaranmısan,
Deməki bunu bilmirsən.

Gözümdədir çux cəmalın,
Ağlar halın, gülər halın.
Mənəm sənin ilk vüsalın,
Deməki bunu bilmirsən.

Günaha getmişik güdaz,
Sevənlər günahsız olmaz.
Səndə bir az, məndə bir az,
Deməki bunu bilmirsən.

Sənsizliyi duydum qəti,
Budur aşiq təbiəti.
Ağırdır eşqin şiddəti,
Deməki bunu bilmirsən.

Cizgilərdə rəng döyüşür
Üstü yanır içi bişir,
Biri çıxır, biri düşür
Deməki bunu bilmirsən.

Əziz Pünhan səni anar,
Səni yenə həmin sanar.
Iki aşiq gündə yanar
Deməki bunu bilmirsən.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7868.html