Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ad günüm münasibətiylə sevdiklərimə təşəkkür...
19.03.13 01:32

Ey əzizlər var olun ki, olmusuz qəmxar mənə.
Sevgimi sizlə bölüşdüm özgə yox dildar mənə.


Haq səsim harda ucaldı siz mənə durduz dayaq,
Siz məni təsdiq edibsiz, kim deyib inkar mənə.

Sevginizdəndir bu könlümdə təravət mənbəyi,
Hər küsəndə gəncliyi qaytardınız təkrar mənə.

Oldu dünyada mənimdə inciyib qəm çəkdiyim,
Qoymadız işgəncələr versin bu dövri-dar mənə.

Min məhəbbət qönçəsi açmış bağın bağbanıyam,
Çox əziyyətlər verib hər güldən ötrü xar mənə.

Bir zamanı ömrümün sevdaya həsrət keçmədi,
Eşqi canım ləblərindən verdi çünki yar mənə.

Bir məhəbbət, birdə söz zövqi mənə can bəxş edər,
Eşq yar oldu təsəlli gah, gah əşar mənə.

Elm ilə urfan ilə daim rəfaqət eylədim,
Oldu bu üzdən nə çox gizlin qalan aşkar mənə.

Cəddinin eşqiylə güc verdim çevirdim dağları,
Qan ilə qüdrət verib cün Əhmədi- Muxtar mənə.

Heydəri-Kərrar atamdur, həm anam Xeyrunnisa,
Fövqaladə ömr vermiş Xaliqi-Səttar mənə.

Altımış dörd il tamam oldu fəqət gəncəm hələ,
Ruhəki yoxdur zaman, heç kim deməz biar mənə.

Ali məktəbdə iyirmi il sədarət etmişəm,
Həmdə ustadəm zamanın ehtiyacı var mənə.

Ölkəyə bəxş etmişəm yüzlərlə əhli elmi ki,
Ruzi məhşərdə dua üçün ola pərkar mənə.

Ta nəfəs var ömrümü mən sərf edərdim elm üçün,
Versə gər lazım bilib bu sahəni Sərdar mənə.

Hər kəsə şükranlığım vardır Əziz Pünhan kimi,
Həmd ola Allaha ki, beylə olub Memar mənə.

                               * * *
Elə bu xəlqə çalış, xidməti Allaha görə,
Sərf elə varı, gücü, qudrəti Allaha görə.

Bu cahan içrə halal ilə, haram fərqini bil,
Nuş qıl, caiz olan neməti Allaha görə.

Əli rəhmi ilə yaşa, Hatəmi ol dövranın,
Vermə əldən belə bir fürsəti Allaha görə.

Səni öz eşqi ilə xəlq elədi Xəllaqun,
Sən də ver eşqə həmin zinəti Allaha görə.

Ali olsan da vəzifən sənə bir xidmətdir,
Hər işin adına tut niyyəti Allaha görə.

Səni düz bəndə bilib, verdi Xuda sərmayə,
Sən də xərc et bu halal sərvəti Allaha görə.

Əyilib zalimə, məzluma cəfakar olma,
Sağ ikən, sən də qazan rəhməti Allaha görə.

Öz nizamınla fəqir millətə qiymət qoyma,
Özüvü, həm də tanı xilqəti Allaha görə.

Onun eşqiylə edir dövr bu göylər, yerlər,
Almışıq rəhmət üçün möhləti Allaha görə.

Bu Əziz Pünhan özündən sizə bir kəlmə deməz
Ayələrdən götürür ibrəti Allaha görə.

                      * * *
Kimsə eşq aləminin bilmədi mənası nədir.
Aşiqin eşq fəzasında təmannası nədir.

Yerə enməz qəmin cövrü ilə eşq əhli,
Necə bilsin ki, qəmin eşqi müəllası nədir.

Mən sənəm, sən də Sənəm, mən, eləsə,
Aləmin məcnunu kimdir, dəxi leylası nədir.

Eşq səhrasında gözdən süzülür nəhr fərat,
Məcnunun səmti nə, karvanı nə, səhrası nədir.

Mənə könlümdə sənin nazlı qəmindir munis,
Məcnunun dəşti-cəfa içrə əhibbası nədir.

Bu yanan sinəmi görsün, yerə girsin Fərhad,
Səni gər etsə qiyas, Şirini-zibası nədir.

Səndən ötrü bu cahan mülkinə açdım savaşı,
Fərqdə Növfəlin əğyar ilə dəvası nədir.

Sən Əziz pünhana yar ol tutaraq əllərini,
Min il ömr eyləsə gər, dəhrdə pərvası nədir.

Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-7867.html