Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və turizm əməkdaşları Bakıya toplaşıb
16.03.13 02:39

Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş “Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları” mövzusunda ümumrespublika müşavirəsi keçirilir. Müşavirənin məqsədi mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci il ərzində görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir.Tədbirdə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin əməkdaşları iştirak edirlər.Müşavirəsinin keçirilməsində məqsəd mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci il ərzində görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, Nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir. Müşavirəni giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. Sonra nazirin birinci müavini Vaqif Əliyev "Regionlarda Mədəniyyət və Turizm: nailiyyətlər, problemlər, vəzifələr, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev "Regionlarda mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəni layihələrin icrası vəziyyəti: mövcud durum, gözlənilən nəticələr" mövzusnda çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-7860.html