Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » KİV-də cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir
16.02.10 22:07

Son illər ölkə mətbuatı əksər hallarda sensasion və eksterimal xəbərlərin, çıxışların axtarışındadır. Cəmiyyətin sosial və mənəvi dəyərlərini əhatə edən problemlərə az üstünlük verilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Elmira Axundova çıxış edib. E.Axundovanın sözlərinə görə, hazırda ictimai şüurda müəyyən sosial və mənəvi problemlərin çözülməsinə ehtiyac var və bunun da asan həlli KİV orqanlarının fəaliyyəti ilə mümkündür. “Çox yaxşı olardı ki, mətbuat orqanlarımız hansısa aidiyyatı mütəxəssislərin, politoloqların və s. iştirakı ilə gündəlik olaraq sosial və mənəvi dəyərləri əhatə edən rubrikalar təşkil etsinlər. Erkən nigahdan daşınma, yeniyetmələrdə cinayətkarlıq meyillərinin yox olması, maarifçiliyə meyl və s. belə çıxışlarla ictimai şüura asan çatdırıla bilər”,-deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-786.html