Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qafqaz Müsəlmanları İdarəsinin sədri Roma Papasına təbrik məktubu göndərib
15.03.13 20:23

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma Papası I Fransiskə Roma katolik kilsəsinin başçısı seçilməsi münasibətilə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, QMİ sədri məktubunda Qafqazda yaşayan müsəlmanlar və öz adından I Fransiski katolik kiləsinin rəhbəri seçilməsi münasibətilə təbrik edib: “Azərbaycanda və Qafqaz regionunda yaşayan milyonlarla müsəlmanın iradəsini ifadə edərək dünyada yaşayan bütün katoliklər üçün əlamətdar olan bu günlərdə Sizə cansağlığı, uzun ömür arzulayıram. 
Bu əlamətdar hadisə konfessiyalararası əməkdaşlığımızın səviyyəsindən dərin razılığımı ifadə etmək üçün gözəl fürsətdir. Müqəddəs Taxt-Tacla dinlər arasında tolerantlığın, qarşılıqlı hörmətin və əməkdaşlığın həyat normasına çevrildiyi Azərbaycanın münasibıtlərinin mövcud səviyyəsi bizi sevindirir. Əminəm ki, Siz dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfənizi vermiş olacaqsınız”.  
URL / WWW
http://kelam.az/article/a-7857.html