Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-də “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabın təqdimatı keçirilib
13.03.13 21:19

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Dini Araşdırmalar Mərkəzi tərəfindən çap olunan “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabın təqdimatı keçirilib. Qurani-Kərimdən ayələr oxunması ilə başlayan mərasimdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə kitabdakı moizə və xütbələr din xadimindən bütün daxili potensialını səfərbər etməsini, məsələyə yaradıcı yanaşmasını tələb edir.
APA-nın məlumatına görə, A.Paşazadə qeyd edib ki, bu kitab moizə və xütbələrin oxunması üçün ilk vasitədir: “Yeni moizə və xütbələr daxil olduqca, kitabın yeni cildləri çap olunacaq. Bu baxımdan axundlara və icma rəhbərlərinə çağırış edirəm ki, moizə və xütbələri QMİ-yə göndərsinlər”. QMİ sədri deyib ki, bu kitabın hazırlanmasında sünni və şiə mənbələrindən istifadə olunub. Kitabdakı moizələr tövsiyə xarakterlidir.
 
Təqdimatda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bunun əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb: “Ərsəyə gətirilən bu vəsaitin tətbiq olunması, bunu üzərindən xütbələrin təşkil olunmasında QMİ ilə Komitə birgə fəaliyyət göstərəcək”. Onun sözlərinə görə, belə bir vəsaitin hazırlanması icmaların çoxsaylı tələblərinə cavab olduğu üçün vəsait Komitədə qısa müddətdə ekspertizadan keçirilib: “Sevindirici haldır ki, bu vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb, dindar camiəmizin məhz bu istiqamətdə yetişdirilməsinə, cəmiyyətin və dövlətin layiqli vətəndaşı olmasına yönəlib”.
 
Qeyd edək ki, kitabın rəyçisi akademik Vasim Məmmədəliyevdir. 615 səhifədən ibarət kitabda müasir dövrün din xadimlərinin dini və dünyəvi biliklərə yiyələnməsi, həmçinin insanlara Vətən sevgisinin daha yüksək səviyyədə aşılanması üçün moizə və xütbələr yer alıb. Kitabda 2013-cü il üçün xütbə mövzularının təqvimi şiə və sünni məzhəblərinə uyğun olaraq həftələrə və tarixi günlərə görə bölünüb.
 
Təqdimat mərasimində müxtəlif bölgələrdən gəlmiş din xadimləri də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-7853.html