Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınıb
11.03.13 21:02

Ötən günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınıb.  Son 4 gün ərzində ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 65 sm, Lənkərançay-Sifidorda 49 sm, Vəşərüçay-Daştatükdə 53 sm, Viləşçay-Şıxlarda 30 sm artım müşahidə olunub. 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 270-510, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 52 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil etmiş və ongünlük normanın 86 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2012-ci il martın 11-də 670 sm), Şirvanda 298 sm (2012-ci il martın 11-də 570 sm ), Salyanda 256 sm (2012-ci il martın 11-də 503 sm ), Bankədə 243 sm (2012-ci il martın 11-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il martın 11-də 411 sm) təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-7849.html