Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Kəlam” jurnalının növbəti sayı işıq üzü görüb
11.03.13 16:59

“Kəlam” elmi-ədəbi, publisistik jurnalının 60-cı sayı işıq üzü görüb. Jurnalın səhifələri hər dəfə olduğu kimi, bu dəfə də ilk olaraq ölkədə baş verən hadisələrə münasibətlə açılır. Jurnal “Azarbaycan kosmik ölkə oldu” başlıqlı – dövlət başçısının böyük diqqətinin nəticəsi olaraq ölkədə yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasından bəhs edən məqaləni prioritet kimi seçib. Dini özəlliklərin fonunda çağdaşlığı təbliğ edən jurnalda “Mövlud və vəhdət həftəsinin nuru” adlı məqalədə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd Peyğəmbərin (s) mövludu ilə bağlı keçirilən tədbir haqqında geniş məlumat verilir. 
QMİ-də Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etdiyi “Daş yuxular” əsərinin müzakirəsi zamanı Şeyxülislam Allahşükür Paşazadənin fikirləri əks olunan məqalə də jurnalın gündəmdə olan hadisələrdən geri qalmadığından xəbər verir. Jurnal biri-birindən dolğun, eyni zamanda maraqlı məqalələr və şərhlərlə zəngindir. “Novruz-Bahar bayramı”, “Din və fəlsəfə”, “İmansızlıq sindromu”, “Ərzurum: qız turizminin əfsanəvi şəhəri”, “Çağdaş dövlətçiliyimizdə Azərbaycançılıq”, “Cinlər”, “Kredit, sələm və Cəhənnəm” və s. kimi məqalələr oxucuları hər bir vətəndaşa, eyni zamanda müsəlmana yol göstərən mayak rolunu ifadə edir.
Qeyd edək ki, 2002-ci ilin avqust ayından etibarən nəşr olunan “Kəlam” jurnalının 60-cı sayı da dizaynı və tərtibatı ilə diqqət çəkir.
URL / WWW
http://kelam.az/article/a-7837.html