Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Mirəziz Seyidzadə: Dövlət haqlı olaraq heç bir radikal dini cərəyanın fəaliyyətinə imkan vermir
09.03.13 18:26

“Bizlər – müsəlmanlar missioner yetişdirmirik. İslam terrora yox deyir, amma bizi terrorçuluqda ittiham edirlər. İş o yerə gəlib çatıb ki, dövlətlər öz siyasi mübarizələrində dini faktorlardan istifadə etməyə başlayıblar. Həm də o dövlətlər ki, dünyada demokratiyanın, tolerantlığı yaymaq iddiası ilə çıxış edirlər”. Bu barədə açıqlamanı “Azadinform”a Qafqaz Müsəlmanları İdarəsini Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə verib.

Hacı Mirəziz bildirib ki, biz müsəlmanlar digər dinin nümayəndələrindən, xüsusən də son zamanlar İslama qarşı antitəbliğat usullarından hərtərəfli istifadə edən bəzi din daşıyıcılarından fərqli olaraq belə düşünmürük. “Məsələn, biz müsəlmanlar daha çox Allah-Təaladan gələn bütün dinlərə və həmin dini yayan peyğəmbərlərə hörmətlə yanaşırq. İstər mətbuatımız, istər dövlət adamlarmız, istərsə də dini liderlərimiz bu sahədə tolerantlığı qorumağa çalışırlar”-deyə Hacı Mirəziz əlavə edib.  
QMİ rəsmisi bildirib ki, Azərbaycanın dünyəvi, hüquqi, dinin dövlətdən ayrı bir ölkə olduğunu nəzərə alsaq hakimiyyət də radikal dini ab-havanın eleyhinədir: “Hakimiyyətin bu siyasəti əslində normal qarşılanmalıdır. Hakimiyyət İslamın elm, müasirlik humanizm dini olduğunu nəzərə alaraq vətəndaşlarının onun əsl mahiyyətinə yiyələnməsinin tərəfdarıdır. Elə məhz bu nöqteyi-nəzərdən dövlət heç bir radikal dini cərəyanın fəaliyyətinə və inkişafına imkan vermir və buna qarşı haqlı mübarizə aparır. Əslində cəmiyyət, xüsusən də inkişaf etməkdə olan vətəndaş cəmiyyəti də dövlətin bu siyasətinə dəstək olmalı, ekstremistlərin, terrorçu qrupların fiziki və mənəvi təcavüz planlarının qarşısını almalıdırlar”.
URL / WWW
http://kelam.az/article/a-7836.html