Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » 27 dini icma qeydiyyata alınmayıb
07.03.13 20:43

Azərbaycanda 2012-ci ildə təqdim etdikləri sənədlər qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə 27 dini icma qeydiyyata alınmayıb. Bu barədə hökumətin ötən il üzrə hesabatında bildirilir. İndiyədək dövlət qeydiyyatından keçmiş 576 dini qurumdan 555-i İslam, 21-i qeyri-İslam təmayüllüdür. 
Qeyri-İslam təmayüllü dini qurumlardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və biri krişna şüuru dini icmasıdır.  Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının, nəşrinin və yayılmasının qarşısının alınması üçün aparılan tədbirlər nəticəsində 791 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 49 adda kitabın ölkəyə idxalına razılıq verilməyib.
Çap olunmaq məqsədilə ekspertizaya təqdim olunmuş 131 adda dini ədəbiyyatdan 3-nün çapı məqsədəuyğun sayılmayıb.
URL / WWW
http://kelam.az/article/a-7835.html