Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb
17.02.10 03:28

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 13-də bir qrup dindarın Şəhidlər Xiyabanına yürüşü ilə bağlı açıqlama yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Açıqlamada bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. “Biz hüquqi dövlətdə yaşayırıq, odur ki, hər bir məsələ sivil şəkildə, Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməlidir. Qarabağ dərdi, Xocalı yarası bizim ümumi ağrımızdır. Odur ki, bu məqamlar elə yad edilməlidir ki, haqq işimizin xeyrinə olsun, sıralarımız daha da möhkəmlənsin və ən əsası, nə ülviliyə xələl gəlsin, nə də bədxahlarımız bundan sui-istifadə edə bilsinlər. Ülvi məqamlarla belə yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli, onları məlumtlandırmalı idilər. Qanunsuz şəkildə həyata keçirilən hər hansı əməlin nə dinimizin inkişafına, nə də dindarlara faydası ola bilər. Asayişi qorumaq polislərin vəzifə borcudur, lakin icazəsiz olsa belə, aksiyanın qarşısının alınması zamanı vətəndaşlara qarşı kobudluq göstərilməsi yolverilməzdir”,-deyə açıqlamada qeyd olunub.
URL / WWW
http://kelam.az/article/a-783.html