Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
04.03.13 19:05

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-170, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 10-130, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.  Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınıb. 

Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 143 m3/s və ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 3 sm, Şirvanda 1 sm azalma, Bankədə 8 sm artım qeydə alınmış, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2012-ci il martın 04-də 682 sm), Şirvanda 294 sm(2012-ci il martın 04-də 565 sm), Salyanda 290 sm (2012-ci il martın 04-də 506 sm), Bankədə 245 sm(2012-ci il martın 04-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il martın 04-də 388 sm) təşkil edir.

URL / WWW
http://kelam.az/article/a-7827.html