Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Qəbələdə yeni məscidin açılışında iştirak edib
28.02.13 21:07

Bu gün Prezidenti İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib. Məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. 
Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcək. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fontan da inşa edilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olunub.
Dövlətimizin başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

URL / WWW
http://kelam.az/article/a-7822.html