Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AKDC sədri həmvətənlərimizi THY şirkətinin reyslərindən istifadə etməməyə çağırdı
23.02.13 00:02

“Biz bütün azərbaycanlıları THY şirkətinin reyslərindən itifadə etməməyə çağırırıq”. “Azadinform” xəbər verir ki, bu sözləri Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ermənilərin “Aqos” qəzetinin Tük Hava Yolları tərəfindən sərnişənlərə pulsuz paylanması məsələsini şərh edərkən qeyd edib. “Aqos qəzetini təbliğ edənlər ermənilərin ideologiyasınına açıq şəkildə dəstək vermiş olurlar. Bu məsələ bizi olduqca narahat edir. Bu qəzetin fəaliyyətinə dəstək verənlər unutmamalıdır ki, bu həmin “Aqos” qəzetidir ki, hər fürsətdə türkləri təhqir edir. Hər il minlərlə həmvətənimiz və Şimali Kiprdə təhsil alan tələbələrimiz bu şirkətin xidmətlərindən istifadə edir. Biz bütün azərbaycanlıları THY şirkətinin reyslərindən itifadə etməməyə çağırırıq. Eyni zamanda THY şirkətinin biletlərini satan turizm şirkətlərini də etirazımıza dəstək olamağa dəvət edirik. Ölkəmizin milli maraqlarına biganə və hörmətsiz yanaşan hər hansı şirkət olursa olsun, eyni reaksiyanı verəcəyik. Bu THY şirkətinin iqtisadi maraqlarına milli maraqlarımızı qurban verməsidir.  
Bu hadisə birbaşa ermənilərə dəstəkdən başqa bir şey deyildir. Bir türk köklü şirkətin bu hadisəyə rəsmi dəstəyi bizə və xalqımıza açıq etiraz kampaniyasıdır. Biz fürsətdən itifadə edib, Türkiyənin prezidenti və baş nazirini “Aqos” qəzetinin hər sayına baxmağa dəvət edirik”  - deyə AKDC sədri qeyd edib.
THY şirkətinin dövlətə məxsus şirkət olduğunu xatırlayan Orxan Həsənoğlu,  THY tərəfindən atılan bu addımın iki ölkə arasında müxtəlif narazılıqlara gətirib çıxaracağını bildirib: “Düşünürük ki, bu şirkət bu əməlindən əl çəkməlidir. Azərbaycan diasporu gecə-gündüz Xocalı soyqırımının tanıtılması üçün çalışdığı bir müddətdə THY bunu inkar edən bəyanatların yayımlandığı qezetleri dünyaya daşıyacaq”.
URL / WWW
http://kelam.az/article/a-7814.html