Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elşad İskəndərov: “Əminik ki, dini icmalar siyasi oyunların iştirakçısına çevrilməyəcəklər”
15.02.13 17:49

Bu gün Lənkəranda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans öz işinə işinə başlayıb. Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. 
Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib.  Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, Azərbaycançılıq məfkürəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövlət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”.
Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyllərindən də danışıb. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.”
E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən Komitənin əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə işi olduğunu önə çəkib.
URL / WWW
http://kelam.az/article/a-7811.html