Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yekun rəylər Təhsil Nazirliyinə təqdim edilib
13.02.13 20:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kurrikulum fənn standartları əsasında hazırlanmış, hazırda istifadədə olan ibtidai sinif dərsliklərinin monitorinqini aparıb. Monitorinq müddətində pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanıb. Eyni zamanda, ibtidai sinif müəllimlərinin elmi-metodiki seminarları təşkil olunub.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan ibtidai sinif müəllimləri, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba Regional bölmələri ilə yaradılan  videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər.
Dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizası keçirilib.  
Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər.
Dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlil olunub. Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər.
Beləliklə, ümumtəhsil müəssisələrinin 1-ci siniflərində istifadə edilən dərslik və dərs vəsaitləri üzrə həyata keçirilmiş monitorinq əsasında hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə təqdim edilib.

URL / WWW
http://kelam.az/article/a-7806.html