Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərikimya” İstehsalat Birliyində tədbir keçirilib
13.02.13 20:07

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində “Təmir işlərində təhlükəsizlik texnikası qaydaları və normaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, istehsalatda təmir işlərinə başlamazdan əvvəl ərazidə monitorinqlərin keçirilməsi mümkün risklərin düzgün dəyərləndirilməsinə kömək edib.
Bu sahədə daha səmərəli imkanlarının mövcudluğu diqqətə çatdırılıb, iş zamanı potensial imkanların reallaşdırılmasının mühüm əhəmiyyət daşıdığı qeyd olunub. İş zamanı təhlükəsizlik qaydalarına daha etibarlı şəkildə əməl edilməsi imkanları və vasitələri slaydlar və video-süjetlər vasitəsilə nümayiş etdirilib və verilmiş maarifləndirici məlumatlardan gündəlik iş prosesində maksimum istifadə olunması tövsiyə edilib. Tədbirdə Birlik müəssisələri və idarələrinin baş mühəndisləri, aparıcı mütəxəssislər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul işçilər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-7805.html