Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İran İslam İnqilabının 34-cü ildönümü Bakıda qeyd olundu
12.02.13 16:01

İran İslam İnqilabının 34-cü ildönümü münasibəti ilə Bakıda mərasim təşkil edilib. APA-nın məlumatına görə, mərasimdə açılış nitqi ilə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, bütün dünya İran İslam İnqilabının müasir dünya tarixində ən böyük inqilab olduğunu etiraf edir. Onun sözlərinə görə, İmam Xomeyninin rəhbərliyi ilə nə Qərbə, nə də kommunizmə meylli olmayan İslam Respublikasının təməli qoyulub.
O hazırda İranın dünyada aparıcı dövlətlərdən birinə çevrildiyini qeyd edib: "Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq İran gənc mütəxəssislərin sayəsində, nüvə enerjisi, nanotexnologiya, kosmik, tibb sahələrində nailiyyətlərə imza atıb. İran dinc məqsədlərlə nüvə proqramı həyata keçirir. Beynəlxalq Atom Enerjisi Agentliyi bu prosesdə beynəlxalq normaların pozulmaması ilə bağlı dəfələrlə açıqlama yayıb".
 
Tədbirdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq çox yüksək səviyyədədir. Onun sözlərinə görə, diplomatik münasibətlər qurulan tarixdən bu yana ölkələr arasında çoxsaylı ikitərəfli sazişlər imzalanıb. Nazir müavini ölkələr arasında bir neçə dəfə hökumətlərarası komissiyanın iclaslarının keçirildiyini vurğulayaq bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini qeyd edib.
 
Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər şəxslər iştirak ediblər. 
URL / WWW
http://kelam.az/article/a-7799.html