Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hacı İbrahim ilk körpünü istifadəyə verdi
09.02.13 20:44

Paytaxt Bakı şəhərinin yaxınlığında "Avesta" konserni tərəfindən həyata keçirilən "Khazar Islands" ("Xəzər adaları") yeni yaşayış kompleksinin tikinti işləri çərçivəsində bu gün ilk birləşdirici körpünün tikintisinin başa çatdırılması ilə bağlı mərasim keçirilib. Beləliklə, sözügedən körpü 20 gündən sonra tam istifadəyə veriləcək.  XezerNews.az-in məlumatına görə, mərasimdə iştirak edən "Avesta" konserninin rəhbəri Hacı İbrahim İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, "Khazar Islands" layihəsinin dəyəri ilkin olaraq 100 milyard dollar həcmində qiymətləndirilir.
Onun sözlərinə görə, bu kompleks 1 milyon insanın yaşayışı üçün nəzərdə tutulub. İ.İbrahimov deyib ki, bu məbləğ ilkin hesablamaların aparılmasından sonra müəyyən edilib: "Real dəyər nəzərdə tutulandan 5 faiz artıq və ya az ola bilər. Bu layihənin həyata keçirilməsini 2030-cu ilə tam başa çatdırmaq planlaşdırılır. Kompleksdə hündürlüyü 1050 metr olan dünyanın ən hündür binası tikiləcək. Binanın tikintisinə 2017-ci ildə başlamaq planlaşdırılır. Bu binanın dəyəri 3 milyar dollar həcmində qiymətləndirilir. Bina gələcəkdə Azərbaycana turistlərin cəlb edilməsi hesabına xeyli gəlir gətirə bilər".
İ.İbrahimov həmçinin qeyd edib ki, bu ilin yayında yeni kompleksdə bulvarın bir hissəsinin, həmçinin restoran və çimərliklərin açılması planlaşdırılır. Onun sözlərinə görə, həmin açılışlarda prezident İlham Əliyevin də iştirakı gözlənilir: "Layihə 3 mərhələdə həyata keçiriləcək". 
Xatırladaq ki, süni arxipelaqda tikilən "Khazar Islands" ümumi sahəsi 3 min hektar olan müxtəlif həə 55 adadan ibarət olacaq. Ümumilikdə arxipelaq 24 kvadratmetr kilometri əhatə edəcək - uzunluğu 8 kilometr, eni 3 kilometr olacaq. Bulvarın ümumi uzunluğu 150 kilometrə çatacaq.
URL / WWW
http://kelam.az/article/a-7797.html