Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fəhd bin Əli əd-Dosərinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
08.02.13 21:00

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 7-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.  Şeyxülislam həzrətləri Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb. Son illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini, dövlət başçılarının bu məsələyə xüsusi diqqət ayırdığını qeyd edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanı ərazisindəki müqəddəs məkanlara ziyarəti zamanı Azərbaycanlı zəvvarlara göstərilən diqqət və qayğıya görə Krallığın rəhbərliyinə təşəkkürlərini çatdırıb. 
Şeyxülislam Allahşükür Paşazadə dövlətlərimiz və ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə Fəhd bin Əli əd-Dosərinin bir səfir kimi verdiyi töhfəni yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fəhd bin Əli əd-Dosəri səfir kimi ölkəmizdə çalışdığı müddətdə ona yaradılan şəraitə görə ölkəmizin rəhbərinə minnətdar olduğunu deyib. Diplomat bu illər ərzində Şeyxülislam Allahşükür Paşazadənin mənəvi dəstəyini həmişə hiss etdiyini diqqətə çatdırıb və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə təşəkkürlərini bildirib. Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirəcəyini bildirən Fəhd bin Əli əd-Dosəri harada çalışmasından asılı olmayaraq Azərbaycanı ən xoş hisslərlə xatırlayacağını deyib.

Sonda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qonağa xatirə hədiyyəsi təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-7795.html