Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə Fransada İAEA İcraiyyə Komitəsinin iclasında iştirak edir
16.02.10 03:30

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Fransaya səfər edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, M.Abbaszadə bu gündən fevralın 20-dək Fransada keçiriləcək İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək. Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
URL / WWW
http://kelam.az/article/a-779.html