Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səid Nursinin 16 kitabını ölkə ərazisində qadağan edildi
07.02.13 19:35

Rusiyada Kalininqrad Məhkəməsi Səid Nursinin 16 kitabını həddindən artıq təhlükəli olduğu səbəbi ilə qadağan edilməsinə qərar verib. Məhkəmə qərarını məhkəmə tibb ekspertizanın rəyinə əsasən verib. Tibb tərəfindən aparılan araşdırmada Səid Nursinin “Risalə-i Nur” kitabı dini nifrəti təşviq etdiyi və İslama inanmayanların dini azadlıqlarına zərər verdiyi səbəbi ilə təhlükəliliyi aşkar olunub. 
Kitablar Kalininqradda yaşayan və radikal bir təşkilat tərəfdarı olduğu iddia edilən bir şübhəlinin evində ələ keçirilib.
Kalininqrad Məhkəməsi Rusiyanın Ali Məhkəməsinin 2008-ci ildə verdiyi bir qərarla nurçu təşkilatlarının qadağan qərarına əsaslanaraq şübhəlinin qeyri-qanuni təşkilata üzv olmaq günahından da mühakimə etmə qərarı alıb. Məhkəmənin son qərarı ilə Səid Nursinin kitabları bütün Rusiya ərazisində qadağanlı kitablar siyahısına daxil olub.  

URL / WWW
http://kelam.az/article/a-7789.html