Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 39 iş üzrə 1740000 manat məbləğində cərimə tətbiq edilib
06.02.13 19:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31 yanvar tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit sahəsində yol verilmiş qanun pozuntularına görə 209 akt və protokol tərtib olunmuş, icrası məcburi olan 94 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 39 iş üzrə 1740000 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 26 iş üzrə 39820,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 984 iş üzrə 131050,45 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qruplarına 13, məhkəmələrə isə 4 iş göndərilib. 
URL / WWW
http://kelam.az/article/a-7786.html