Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: BMT-nin Təhlükəsizlik Şurasının islahata və yenilənməyə ehtiyacı var
06.02.13 19:42

İtaliyanın Roma şəhərində İtaliya və İspaniyanın sədrliyi ilə “BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı xarici işlər nazirlərinin konfransı keçirilib. Dünyanın 70 ölkəsinin iştirak etdiyi konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. E.Məmmədyarov öz çıxışında BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün məsuliyyət daşıyan başlıca orqan olduğunu bildirib.
Nazir qurulduğu vaxtdan beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına mühüm töhfələr verdiyini qeyd edərək, müasir dövrün çoxtərəfli çağırışlarına və təhlükələrinə cavab vermək üçün BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahata və yenilənməyə ehtiyacı olduğunu vurğulamışdır. Nazir həmçinin, Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılması üçün onun qəbul etdiyi qərarların, xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına yönəlmiş qətnamələrin BMT-yə üzv dövlətlər tərəfindən qeyd-şərtsiz əməl olunmasının vacibliyini qeyd edib.
Sözügedən tədbir çərçivəsində Nazir Elmar Məmmədyarov ilə Albaniyanın Xarici İşlər Naziri Edmond Panariti arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Albaniyalı Nazir Edmond Panariti azərbaycanlı həmkarını Albaniyaya səfərə dəvət edib.
Konfransdan sonra E.Məmmədyarov Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət edib və abidə üzərinə əklil qoyub.
URL / WWW
http://kelam.az/article/a-7785.html