Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan 31-ci “FƏCR” festivalında uğurla çıxış edib
04.02.13 20:32

İranın paytaxtı Tehranda keçirilən 31-ci “FƏCR” Beynəlxalq Teatr Festivalında beynəlxalq münsiflər heyətinin üzvü qismində iştirak edən Gənc Tamaşaçılar Teatrının rejissoru, Xalq artisti Cənnət Səlimova və teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov vətənə qayıdıb.
 Festival haqqında fikirlərini “Azadinform”la bölüşən Şövqi Hüseynovun sözlərinə görə, bu festival dünyanın ən nüfuzlu teatr festivallarından biridir: “Hər il festivalda yerli teatr truppaları ilə yanaşı, 10-15 xarici ölkə teatrları da təmsil olunur. Birinci hissəsi beynəlxalq, ikincisi yerli və sonuncusu regional olmaqla festival üç mərhələdən ibarət idi. Festivalda 10 gün ərzində 60-70 tamaşa mərhələlər üzrə münsiflər heyəti və tamaşaçıların müzakirəsinə verilirdi.
Festivalda Azərbaycandan “Qatarın altına atılan qadın”, Tehrandan “Voyçek”, “Hamlet”, “Ereks”, Macarıstan “Kral Ubyu”, Cənubi Koreyadan “Splendit oteli”, Avstraliyadan “Dezdemona”, İtaliyadan “Tufan”, İran və İtaliyadan “1+1” və digər tamaşalar nümayiş etdirildi”. Bildirilir ki, əvvəlki illərdə Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti sözügedən festivalda U.Şekspirin “Otello” (2011) və P.Filipponun “Don Raffael-trombonçu” (2012) tamaşaları ilə uğurla çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-7779.html