Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hadi Rəcəbli Lənkəran gənclərilə görüşüb
04.02.13 20:05

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərində gənclərlə görüşüb. Görüşdə Hadi Rəcəbli ölkəmizdə gənclərin sosial müdafiəsi ilə bağlı mövcud hüquqi baza, dövlət gənclər siyasəti, qəbul olunmuş dövlət proqramları barədə ətraflı söhbət açıb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşdə bildirilib ki, Lənkəran rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 120 gənc var. Son iki ildə rayonda 600-dən çox gənc daimi işlə təmin olunub. Görüşdə çıxış edən lənkəranlı gənclər milli-mənəvi dəyərlərə hörmət, siyasi fəallıq məsələləri ilə bağlı təkliflərini bildirmiş, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini diqqətə çatdırıblar. 
URL / WWW
http://kelam.az/article/a-7778.html