Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Məmmədyarov Ermənistanı destruktiv yanaşmadan əl çəkməyə çağırıb
04.02.13 17:58

Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Cənub Şərqi Avropa və Qafqazda təhlükəsizlik və sabitlik mövzusuna həsr edilmiş sessiyada çıxış edib. Nazir çıxışında regional inkişaf və təhlükəsizliyə dair Azərbaycanın mövqeyini təqdim edib. Elmar Məmmədyarov Ermənistanın təcavüzkar siyasəti ucbatından Cənubi Qafqazda qeyri müəyyənlik durumunun sürdüyünü sessiya iştirakçılarının diqqətinə çatdırıb. 

Nazir Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarından yerli azərbaycanlı əhalinin qovulması, etnik təmizləməyə məruz qalması və məhv edilməsi və eyni zamanda dünya ictimaiyyətini çaşdırmağa və onu aldatmağa yönəlmiş cəhdlərinin 21-ci əsrdə qəbuledilməz olduğunu bildirib.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edən nazir Elmar Məmmədyarov ölkəmiz üçün eyni zamanda qeyri enerji sektorun inkişafının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Xarici işlər naziri həmçinin, regionda gedən uğurlu əməkdaşlığa da nəzər salaraq, bu gün davam edən Ermənistan-Azərbaycan münaqişəsinin bu əməkdaşlığı əngəlləyən başlıca maneə olduğunu qeyd edib. Azərbaycan rəsmisi onu da qeyd etmişdir ki, münaqişə nə qədər tez bir zamanda həll olunarsa regionun gələcəyinə bir o qədər müsbət təsiri olacağını bildirib. Nazir Elmar Məmmədyarov münaqişənin həll olunmamış qalmasının Ermənistanın özünə mənfi təsir göstərdiyini iştirakçıların nəzərinə çatdırıb. Belə ki, təcavüzkar siyasətinə görə regional əməkdaşlıqdan bəhrələnə bilməyən Ermənistanın bu destruktiv yanaşmadan əl çəkməyə çağırıb. 

URL / WWW
http://kelam.az/article/a-7776.html