Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əli Əkbər Salehi: “İsrailin Suriyaya aviazərbəsinə lazımi qiymət verilməlidir”
01.02.13 20:15

“İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bir araşdırma mərkəzinə aviazərbəsi ciddi müzakirə olunmalıdır”. İRİB-in məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, Suriyadakı silahlı qruplaşmalara dəstək verən ölkələr öz siyasətlərini yenidən nəzərdən keçirməli və İsrailin bu hücumuna lazımi qiyməti verməlidirlər: “Həmin dövlətlərin Suriya əleyhinə yürütdüyü siyasət yanlışdır. Onlar İsrailin regiona yönəlik siyasəti məsələsində ayıq-sayıq olmalıdırlar”. 
Ə.Salehi İranın İsrailin Suriyaya aviazərbəsini qınadığını deyərək, rəsmi Təl-Əvivin bölgədə belə addımlar atmasına icazə verilməməsi üçün ona qarşı ortaq mövqe nümayiş etdirilməsinin lazım olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7774.html