Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 238,911-ə bərabər olub
01.02.13 19:47

“2012-ci ildə paytaxtın ümumtəhsil müəssisələrini 21837 şagird bitirib, onların 20166 nəfəri buraxılış imtahanında iştirak edib və 19518 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb”. Bu barədə açıqlama ilə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edib. M.Abbaszadə məzunların buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18,31, riyaziyyat fənni üzrə topladıqları orta bal 17,30, hər iki fənn üzrə birlikdə topladıqları orta bal 35,61-ə bərabər olduğunu qeyd edib:
 “Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 17,22%, 21,11%, 19,08% yuxarıdır. Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 1,10%-i "2", 39,80%-i "3", 39,57%-i "4", 19,53%-i "5", riyaziyyat fənni üzrə isə 2,49%-i "2", 39,08%-i "3", 42,44%-i "4", 15,99%-i "5" qiymət alıb. Ümumilikdə 20250 nəfər attestat alıb. Attestat alanların 88,11%-i (17842 nəfəri) qəbul imtahanlarında iştirak edib”.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9234 məzunu (imtahanda iştirak edənlərin 51,75 faizi) tələbə adını qazanıb. Onların 34,04% (3143 nəfəri) dövlət, 0,80% (74 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48,83% (4509 nəfəri) dövlət, 16,33% (1508 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Məzunların 1580 nəfəri 500-dən, o cümlədən 442 nəfəri 600-dən yuxarı bal toplayıb.
M.Abbaszadə qeyd edib ki, Bakı abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 238,911-ə bərabərdir: “Bu, respublika üzrə orta göstəricidən 7,4% yuxarıdır. Bakı şəhərinin abituriyentlərdən 0-100 intervalında 25,37% (4526 nəfər), 100-200 intervalında 21,74% (3878 nəfər), 200-300 intervalında 19,48% (3475 nəfər), 300-500 intervalında 24,57% (4383 nəfər), 500-dən yuxarı 8,86% (1580 nəfər) bal toplayıb. Şəhər abituriyentlərinin yalnız 33,42%-i 300-dən yuxarı bal toplayıb”.
URL / WWW
http://kelam.az/article/a-7771.html