Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisin yaz sessiyası başlayıb
01.02.13 19:41

Bu gün parlamentin yaz sessiyanın ilk plenar iclası öz işinə başlayıb. Qaydalara görə, sesiyya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb. İclasda çıxış edən MM sədri Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmamasını Azərbaycan dövlətinin və xalqının qələbəsi adlandırıb. onun sözlərinə görə, anti-Azərbaycan qüvvələrinin niyyəti həyata keçməyib, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət qalıb gəlib.
Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, Hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin, Hesablama Palatasının, Ombudsman və bələdiyyələrlə bağlı ilik hesabatın müzakirəyə çıxarılacağını deyib. O , əlavə edib ki, iclasının gündəliyində 12 məsələ var.
İclasda çıxış edən deputat Fuad Muradov "Sosial ipoteka haqqında" qanunun qəbulunun tezləşdirilməsini zəruri hesab edib. 
Bu barədə çıxış edən deputat Fuad Muradov bildirib ki, artıq bununla bağlı müzakirələr kifayət qədər aparılıb və qəbulu üçün vaxt itirmək olmaz. O qeyd edib ki, qanunun qəbulunu tezləşdirmək lazımdır və cəmiyyətdə buna ehtiyac var.
URL / WWW
http://kelam.az/article/a-7770.html