Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir
31.01.13 21:23

Azərbaycan nümayəndə heyəti Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdədir. Səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu İcra Hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. 
Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.
Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib.
Sonra Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomunu təqdim edilib. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub. 
Qeyd edək ki, bu gün nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-7768.html