Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ayətullah Şirazi Türkiyəyə səsləndi
31.01.13 16:17

İranın məşhur din adamlarından Ayətullah Nasir Məkarim Şirazi Ankaranın bir zamanlar İslam yolunda olduğunu, ancaq 180 dərəcə dəyişərək İsrail və Amerika ilə birlikdə hərəkət etdiyini açıqlayıb. Şiələrin əhəmiyyətli dini mərkəzlərindən Qum şəhərindəki bir məsciddə çıxış edən Ayətullah Şirazi "Tehran-Ankara arasındakı əlaqələr məni maraqlandırmaz, lakin İran xalqı və ictimaiyyəti tərəfindən Türk dövlət adamlarını xəbərdar edirəm. Bütün İran milləti Türkiyənin etdiklərindən ötəri Ankaradan nifrət edir”-deyə  bildirib. 
Türkiyənin bütün qonşuları ilə münaqişədə olduğunu deyən Şirazi əlavə edib: "Bu çox təəccüblüdür. Türkiyə Suriya ilə toqquşur. Davamlı terroristlər öyrədib, onları müsəlman qardaşlarını öldürmək üçün Suriyaya göndərir. Türk orqanları son zamanlarda İraqla da məşğul olmağa başlayıblar. İraqda qanuni bir iqtidar varkən İraqlı müxalifləri çağırıb onları istiqamətləndirirlər. Ankara Rusiya ilə də zidd düşmək halındadır”.
Türk dövlət adamlarını "ağıllı olmağa" çağıran Şirazi Ankaranı izlədiyi siyasətin pis nəticələri mövzusunda xəbərdar etdiyini və bunun Türkiyəyə zərər verəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-7766.html