Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Putin Aleksandr Şarovskini "Puşkin" medalı ilə təltif edib
30.01.13 20:10

Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski mədəniyyətin və incəsənətin inkişafına verdiyi töhfəyə görə "Puşkin" medalı ilə təltif edilib.  "Puşkin" medalı ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə, mədəni irsin öyrənilməsinə, mədəniyyətlərinin yaxınlaşmasında xidmətlərinə görə təltif edilir. 
1976-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında işləyən Aleksandr Şarovski bu ilin fevral ayında 65 yaşını qeyd edəcək. O, 1993-cü ildən teatrın baş rejissoru vəzifəsində çalışır. Bu illər ərzində səhnədə 50-dən çox rol oynayıb, 4 filmdə çəkilib, 54 tamaşaya quruluş verib. Onun səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib.
URL / WWW
http://kelam.az/article/a-7764.html