Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan zarafat etmir - Xankəndiyə qanunsuz uçuş olacağı təqdirdə adekvat addımlar atılacaq
30.01.13 19:43

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın bəyanatına təəccüblənmək lazım deyil, o dəfələrlə ədalətsiz olaraq Ermənistanı dəstəkləyib. Bu barədə MN-nin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, Bordyujanın münasibəti onun ermənipərəst mövqeyini nümayiş etdirir. N.Bordyuja İrəvanda erməni təyyarələrinin Xocalı hava limanına uçacağı təqdirdə Azərbaycanın onları vurmaq ehtimalını ciddi qəbul etmədiyini bildirib.
“Görünür onlar regionda daima gərginliyin olmasında maraqıdırlar. Bir tərəfdən bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, digər tərəfdən öz himayədarlarının köməkliyi iləAzərbaycan torpaqlarını işğal edən Ermənistanı dəstəkləyirlər. Bu artıq açıq müstəviyə keçib”,- deyəE.Sabiroğlu bildirib. O qeyd edib ki, Bordyuja ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın vətəndaşıdır. “Əgər Boryujaya doğma olan ölkədə belə bir vəziyyət yaransaydı, görəsən o hansı mövqedən çıxışedərdi? Əlbəttə ki, həmin təyyarələrin vurulmalı olduğunu deyərdi. Bu tipli qanunsuz fəaliyyətləri bir dövlətin ərazisinə qanunsuz uçuş kimi rədd və qadağan edən beynəlxalq konvensiyalar var”,- deyə Eldar Sabiroğlu qeyd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycanda heç kəs vəziyyətin bu həddəçatmasını istəmir. “Ermənistana bu kimi addımlardan imtina etmək niyə məsləhət görülmür? Niyə Bordyuja Ermənistana uçuşlar həyata keçirildiyi halda regionda vəziyyətin gərginləşəcəyini və hərbi vəziyyətin yaranmasına səbəb olacağını demir? Azərbaycan zarafat etmir – Xankəndiyə qeyri-qanuni uçuşlar həyata keçiriləcəyi təqdirdə adekvat ölçülər götürüləcək. Ola bilər ki, Bordyuja kimi məmurlar təyyarənin vurulmasını və bununla da vəziyyətin gərginləşməsini istəyirlər. Hər şey aydındır”, - deyə E.Sabiroğlu bildirib. Onun sözlərinə görə, Ermənistan vəziyyətin normallaşmasını və münaqişənin sülh yolu ilə həll olunmasını istəyirsə, o müstəqil və ədalətli mövqe göstərməli, kiminsə diktəsi ilə hərəkət etməməlidir. “Əks halda, bunun nəticələrinin necə ağır olacağı təsəvvür edilməlidir və buna görə məsuliyyət də Azərbaycanın üzərində olmayacaq”, - deyə o bildirib. Xatırladaq ki, ermənilərin “Stepanakert aeroportu” adlandırdıqları hava limanı 1992-ci il fevralın 26-da ermənilərin hücumu nəticəsində dağıdılmış və Sovet dövründə Azərbaycanın büdcə pulları hesabına tikilmiş Xocalı aeroportudur. Hazırda 20 illik fasilədən sonra erməni tərəfi bu aeroportu bərpa etmək və ora təyyarə reysləri həyata keçirmək qərarına gəlib. Halbuki, bu, beynəlxalq hüquqa ziddir. Çünki hazırda Azərbaycan əraziləri işğal olunub və heç kim separatçı Dağlıq Qarabağ rejimini tanımır.
URL / WWW
http://kelam.az/article/a-7763.html