Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini icmalar özləri də bilmədən stabilliyin pozucularına çevrilirlər
30.01.13 18:15

“Son vaxtlar dini icmalar özləri də bilmədən inkişafın qarantı olan stabilliyin pozucularına çevrilir”.  Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Komitə sədrinin sözlərinə görə, bu, əksər müsəlman ölkələrində də belədir: “Onlar sonradan başa düşürlər ki, inkişafa əngəl olurlar, lakin sonrakı peşmançılıq da heç bir fayda vermir”. E. İskəndərov qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən, Komitə tərəfindən hər sahədə olduğu kimi, bu sahədə də vətəndaş fəallığı üçün istənilən şərait yaradılıb: “Onlar bundan səmərəli istifadə etməlidirlər. Çünki vətəndaş fəallığı yuxarıdan əmrlə olmur. Stabilliyimizin, inkişafımızın, daxili asayişin qorunması vətəndaş fəallığından asılıdır. Odur ki, onlar da özləri üçün lazım olan bu elementləri qorumalıdırlar”.

URL / WWW
http://kelam.az/article/a-7761.html