Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azad Rəhimov Albaniyada rəsmi səfərdədir
29.01.13 20:18

Gənclər və idman naziri Azad Rəhimov Albaniyada rəsmi səfərdədir. Səfərin ilk günü nümayəndə heyəti Albaniyanın baş naziri Sali Berişa, parlamentin spikeri Josefina topallı, Turizm, Mədəniyyət, Gənclər və idman naziri Aldo Bumçi və Tirana şəhərinin meri Lulzim Başa ilə rəsmi görüşlər keçirilib. Baş nazir S.Berişa ilə keçirilən görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq imkanları, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilib. Parlamentin spikeri xanım Josefina topallı ilə görüş zamanı Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətinin nümunəvi bir model olduğu və bu sahələrdə təcrübə və məlumat mübadiləsinin Albaniya üçün vacibliyi qeyd edilib.
Sonra Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Albaniya Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında “2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq proqramı” imzalanıb.
Tirana şəhərinin meri Lulzim Başa nümayəndə heyəti ilə görüşündə gənclərlə iş üzrə keçirilmiş islahatlar haqqında məlumat verilib. 
Səfərin ikinci günü Tirana Universitetinin rektoru professor Dhori Kule və İdman Universitetinin rektoru professor Vesel Rizvanolli ilə görüşlərin keçirilməsi və hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsi, eyni zamanda Albaniya universitetlərində təhsil alan gənclər arasında “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsinin təşkili ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-7759.html