Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nazirlik "Zirvə" mükafatı təsis edib
29.01.13 19:08

Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib. "Zirvə" mükafatı 2013-cü ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata aşağıda adları qeyd edilən sənət növləri üzrə yaradılmış əsərlər təqdim oluna bilər:

- teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə və s.;
- milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər;
- beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat hər biri 5000 (beş min) manat həcmində aşağıdakı sahələr üzrə verilir: 
Teatr sahəsi üzrə - dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar 
Musiqi sahəsi üzrə - bəstəkar, ifaçı, musiqişünas
Təsviri sənət üzrə - rəssam, heykəltəraş, dekorativ sənət, sənətşünas 
Kino sahəsi üzrə - ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa
"Debüt" bölməsi - teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün
"Azərbaycan mədəniyyətinə dəyərli töhfə" - mədəniyyət sahəsindəki xüsusi xidmətlərinə görə
"Mədəni sərvət" bölməsi - mədəniyyət sahəsindəki uzunillik əvəzsiz xidmətlərinə görə
Mükafatlar mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcək.  Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunacaq.  Mükafata təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.
URL / WWW
http://kelam.az/article/a-7758.html