Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini Komitə yeni internet saytının təqdimatını keçirəcək
29.01.13 16:43

Sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni internet saytının təqdimat mərasimini keçirəcək.  “Park Inn” otelində baş tutacaq təqdimat mərasimində dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ölkəmizdə akreditə olunmuş səfirlərin, dini icmaların rəhbərlərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub. 
Qeyd edək ki, bir neçə ay öncə dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib. Dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təklifləri əsasında tam yeni bir sayt yaradılıb. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa yeni web saytda Azərbaycanda olan məscidlər, kilsələr, sineqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib. Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər.
URL / WWW
http://kelam.az/article/a-7756.html