Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminar-məşğələlərin əksər mərhələsini başa çatdırıb
16.02.10 03:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərin əksər mərhələsini artıq başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Bakının Binəqədi, Xətai və Əzizbəyov rayonları üzrə TQDK-nın nəzarətçilər bazasına təqdim olunmuş müəllimlər üçün məşğələlər başa çatıb. Fevralın 16-dan isə təsdiq olumuş cədvəl üzrə məşğələlər davam etdiriləcək. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
URL / WWW
http://kelam.az/article/a-775.html