Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mövlud həftəsi böyük ehtiram və ehtişamla qeyd edilir
25.01.13 20:58

Bu günlərdə ölkəmizin dini və mədəni ictimaiyyəti İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mübarək Mövlud həftəsini böyük ehtiram və ehtişamla qeyd edir. Azərbaycanın bütün bölgələrindəki məscid və mədrəsələrdə Aləmlərə rəhmət olaraq göndərilmiş Xatəmul-Ənbiya Peyğəmbərimizin (s) şəninə layiq məclislər və tədbirlər təşkil edilir, moizələr oxunur, müqəddəs xatirəsi salam və salavatlarla yad edilir.
Belə tədbirlərin mütəmadi keçirildiyi dini tədris ocaqlarından biri Bakının Yasamal rayonunda yerləşən "Şəbnəm" qızlar mədrəsəsidir. Bu il də hər il olduğu kimi "Şəbnəm" mədrəsəsində mübarək Mövlud qəndili müəllim və tələbə heyətinin birgə səyləri ilə yüksək səviyyədə təşkil edilmişdi. Tədbiri giriş sözü ilə açan "Şəbnəm" mədrəsəsinin müəllimi Məryəm Dəmir müqəddəs dinimizdə peyğəmbərlərə və Rəsuli-Əkrəmə (s) olan ali ehtiram hissindən, Qurani-Kərimdə Həzrət Muhəmmədin (s) ismi-şərifinin xüsusi zikrindən və salavatın mahiyyətindən danışdı. Cahan Peyğəmbərinin (s) yüksək mənəvi və əxlaqi üstünlükləri bəşəriyyətin və cəmiyyətin əsası sayılan ailənin mənəvi tərbiyəsində hər zaman örnək sayılmışdır. Bu özəlliyin xüsusi əhəmiyyətini vurğulayan natiqə qeyd etdi ki, məhz Hz. Peyğəmbərimizin (s) sayəsində bəşəriyyət qadın hüquqlarının mahiyyətini anlamış, qadına verilən dəyər – Cənnətin anaların ayağına sərilməsi qədər yüksək və inanılmaz dərəcədə ali olmuşdur.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salamlarını və mübarək Mövlud təbriklərini məclis iştirakçılarına çatdırdı. Azərbaycanda Mövlud mərasimlərinin xüsusi mahiyyətindən danışan Q.Cavadlı bidirib ki, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra iki müqəddəs dini bayramlarımız – Qurban və Ramazan rəsmən qeyd olunmaqla yanaşı, mübarək Mövlud, Məbəs və digər müsəlman tarixində yer tutan önəmli günlər dini ictimaiyyətimiz tərəfindən sərbəst şəkildə keçirilir. Bunun ölkə dindarları üçün kəsb etdiyi mənəvi dəyəri təqdirəlayiq hesab etmək olar, çünki bu gün istifadə edə bildiyimiz və bəhrələndiyimiz bütün hüquq və imkanlar dövlətimizin müstəqilliyi və dini-mədəni dəyərlərə olan xüsusi münasibətin sayəsindədir. Mövlud Qəndili "Şəbnəm" qızlar mədrəsəsinin tələbələri tərəfindən təşkil olunan ədəbi-bədii hissə ilə davam etdi. Sonda ehsan verildi, dualar oxundu və Həzrət Muhəmməd (s) Peyğəmbərimizin zati-müqəddəsləri ruhuna verilən əbədi salavatlarla tamamlandı.
URL / WWW
http://kelam.az/article/a-7748.html