Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » JuHİ jurnalistlər üçün hazırlanmış təhlükəsizlik vəsaitinin təqdimatına başlayıb
25.01.13 20:50

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 2012-ci ildə hazırlanmış  “Risklərlə davranış, Media professionalları üçün vəsait”  kitabının təqdimatına başlayıb. Vəsait 500 nüsxə ilə çap edilib və jurnalistlər arasında pulsuz paylanacaq. “Kitabınelektron versiyası təşkilatın saytında-www.juhi.az- ünvanında yerləşdirilib  və istənilən jurnalist onunla tanış ola bilər (http://juhi.az/uploads/FSU_Tehlukesizlik.pdf ). 
Bununla yanaşı, kitabın çap variantı da hazırlanıb və çap variant daha çox sərhəd rayonlarında, həmçinin, münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlər arasında pulsuz paylanacaq. 10 rayonda keçiriləcək təqdimat tədbirlərinə ölkənin Cənub bölgəsinə daxil olan rayonlardan başlanılıb. JuHİ əməkdaşları Cənub bölgəsinə daxil olan  Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən jurnalistlərlə görüşərək vəsaiti onlara təqdim ediblər. Növbəti tədbirlər cəbhə bölgəsində - Tərtər, Bərdə rayonlarında, həmçinin, Quba və digər rayonlarda olacaq.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, vəsait beynəlxalq ekspertlərin köməyi ilə hazırlanıb. “Vəsaitdə jurnalistlərin hər gün qarşılaşdıqları risklərin təsnifatı verilib və bu risklərdən yayınmaq üçün ən müasir texnologiyalar barədə bilgilər yerləşdirilib. Ekstremal situasiyalarda jurnalistlərə yardım edə biləcək milli və beynəlxalq jurnalist təşkilatlarının koordinatları, fəaliyyət istiqamətləri haqqında bilgilər də vəsaitdə yer alıb. “Jurnalistika dünyada təhlükəli, riskli peşələr sırasına daxil olur. Ayrı-ayrı ölkələrdə hər il peşə fəaliyyətini həyata keçirən onlarla jurnalist həyatını itirir. Bütün dünya dövlətləri kimi, Azərbaycanda da sadalanan problemlərin təzahürləri görünməkdədir. Təhlükələrdən yayınmaq yönündə məsuliyyət isə ilk növbədə jurnalistlərin öz üzərlərinə düşür. Jurnalistlər hansı şəraitdə fəaliyyət göstərdiklərini qiymətləndirməyi bacarmalı, ən əsası isə, müasir təhlükəsizlik qaydalarını öyrənməlidirlər. Hazırladığımız vəsait jurnalistlərə istənilən ekstremal situasiyadan çıxmaq üçün yollar göstərir. Təqibə, təzyiqə, təhdidə məruz qalan, qaynar nöqtələrdən, münaqişə bölgələrində reportaj hazırlayan jurnalistlər bu vəsaitdə əks olunan bilgiləri öyrənməklə, vəziyyətdən çıxış yolları tapa bilərlər”-deyə Ələsgərli qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7746.html