Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb
23.01.13 20:32

Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verən idarə və təşkilatların adları açıqlanıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb. İkinci yerdə təhsil sahəsi durur ki, burada 19 cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib.
Bundan başqa, ötən il məhkəmələrə göndərilən cinayət işlərindən 13 cinayət işi bank olmayan kredit təşkilatları, 10 cinayət işi bələdiyyələrin vəzifəli şəxsləri, 8 cinayət işi kənd təsərrüfatı sahəsi, 7 cinayət işi sosial müdafiə, 6 cinayət işi iqtisadi sahə, 6 cinayət işi yerli icra hakimiyyətinin rəhbər işçilərinin fəaliyyəti, 5 cinayət işi mədəniyyət və turizm sahəsi, 4 cinayət işi səhiyyə, 3 cinayət işi polis, 3 cinayət işi prokurorluq və 2 cinayət işi təbiətin mühafizəsi sahəsi ilə bağlı olub.
URL / WWW
http://kelam.az/article/a-7737.html