Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək
23.01.13 20:25

Bu il Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirin aprel və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan mətbuat nümayəndələri ilə görüşündə məlumat verib. Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəm verildiyini deyib. 
Qardaş ölkə turizmin Azərbaycanda inkişaf etdirilməsinə də töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər hotel xidməti ilə bağlı təcrübələrini bölüşüblər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə tərəfdaş ölkə olaraq qatılıb. Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına mart ayının 15-də start veriləcək.
URL / WWW
http://kelam.az/article/a-7735.html