Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda axundlar üçün kurslar təşkil olunacaq
21.01.13 20:39

Bu il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axundlar üçün kurslar təşkil olunacaq.  Qafqaz Müsəlmanları İdarəsi fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında bildirib ki, növbəti aylardan kurslara start veriləcək: “Kurslar 6 və yaxud 3 aylıq olacaq. Bu barədə kurslar başlayan zaman qərar veriləcək”.
M.Seyidzadə qeyd edib ki, kursların keçirilməsində məqsəd axundların ixtisaslarının artırılmasıdır. Mollaların attestasiyasından danışan QMİ rəsmisi onu da bildirib ki, ölkənin əsas hissəsində artıq bu işlər aparılıb: “Hazırda Bakı və ətraf kəndlərdə mollaların attestasiyası qalıb ki, onu da bu il yekunlaşdıracağıq. Proses yekunlaşandan sonra ümumilikdə nə qədər mollanın, axundun attestasiyadan keçməsi açıqlanacaq”.
URL / WWW
http://kelam.az/article/a-7731.html