Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zərərli dini ədəbiyyatın yayılması ilə məşğul olanlar ifşa edilib
16.02.10 03:28

Şəki şəhərində qanunla qadağan olunan dini ədəbiyyat, audio və videokasetlər polis tərəfindən aşkar edilərək götürülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. Həyata keçirilən tədbirlər nəticəsində Şəki şəhər sakinləri Şahin Səmədov, Ələsgər Aslanov, Əsmayə Həsənova, Kəmalə Əzizova, Rəsul Quliyev, Əsabəli Adipur, Rəfiqə Mustafayeva və Mehriban Əhmədovanın qadınlar və məktəb yaşlı uşaqlar arasında dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib. Onların evlərinə baxış zamanı qanunla qadağan olunan 1130 ədəd dini kitab, 500 ədəd broşura və buklet, 200 ədəd disk, 110 ədəd audio və videokasetlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
URL / WWW
http://kelam.az/article/a-773.html