Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK bəzi şagirdlərə güzəşt edə bilər
21.01.13 18:04

Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) tərəfindən yaradılan "Şagird-məzun elekton məlumat bazası"na barəsində məlumatlar daxil edilməyən bəzi şagirdlərə əlavə vaxt verilə bilər. Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, ilkin mərhələdə bazaya məlumatların daxil olunmasının yanvarın sonlarında başa çatdırılması nəzərdə tutulur. 
Bu məlumatlar bazaya birbaşa təhsil müəssisələrinin rəhbərləri tərəfindən daxil edilməlidir.
"Üzrlü səbəblərdən kimlər barədəsə məlumatları bazaya daxil olunmayıbsa, onlara əlavə vaxt verilə və müraciətlərinə baxıla bilər. Hansısa şagirdin hər hansı sənədində çatışmazlıq yarana, qeyd edilən müddətədək şəxsiyyət vəsiqəsini almağı çatdırmaya bilər. Əgər sənəddəki bu çatışmazlıqlar üzrlü səbəblərdəndirsə, həmin şagirdlərə əlavə vaxt verilə bilər", - TQDK rəsmisi əlavə edib.
Nağızadə deyib ki, məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.
Onun sözlərinə görə, hazırda orta məktəblərin buraxılış sinifləri ilə yanaşı, təkrar və eksternat qaydada imthan vermək istəyənlər haqqında da məlumatlar bazaya daxil edilir.
URL / WWW
http://kelam.az/article/a-7728.html