Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir
21.01.13 17:59

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. 
Hazırda məntəqədə su sərfi 132 m3/s, ongünlük normanın 84 faizini təşkil edir.  2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 87 faizini təşkil edir.
Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 99 faizinə bərabər olub.
Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir. Belə ki, yanvarın 18-dan etibarən Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 9 sm, Salyanda 16 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 456 sm (2012-ci il yanvarın 21-də 541 sm), Şirvanda 335 sm (2012-ci il yanvarın 21-də 424 sm ), Salyanda 286 sm (2012-ci il yanvarın 21-də 395 sm), Bankədə 252 sm (2012-ci il yanvarın 21-də 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il yanvarın 21-də 288 sm) təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-7727.html